Ev DünyaPutin: “Daha müasir silah və texnikalar alacağıq”

Putin: “Daha müasir silah və texnikalar alacağıq”

by Baş Redaktor
14 Baxış

Rusiya Prezidenti Vladimir Putin ölkənin müdafiə-sənaye sahəsinin gələcəkdə də elmi, texnoloji və peşəkar kadr imkanlarını genişləndirəcəyini bildirib.

Army.az xəbər verir ki, Putin bu fikirləri Silah ustaları Günü ilə əlaqədar müdafiə-sənaye kompleksinin əməkdaşlarına və veteranlarına göndərdiyi təbrik mesajında səsləndirib.

Rusiya liderinin sözlərinə görə, sahə üzrə çalışan mütəxəssislərin peşəkarlığı, işlərinə bağlılığı və məsuliyyətli yanaşması müdafiə sənayesinin inkişafının davam etdirilməsinə imkan verəcək.

O, kompleksin gələcəkdə də elmi və texnoloji potensialını gücləndirərək Silahlı Qüvvələri, hüquq-mühafizə strukturlarını və xüsusi xidmət orqanlarını müasir silah və hərbi texnika ilə təmin edəcəyinə əminliyini ifadə edib.

banner

Əlaqəli Yazılar Xüsusi