Ev Hərbi Xəbərlər265 PUA havaya qalxdı – Ukraynada hava həyəcanı davam edir

265 PUA havaya qalxdı – Ukraynada hava həyəcanı davam edir

by Baş Redaktor
33 Baxış

Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə 265 pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.

Army.az xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, hücumda istifadə olunan dronlardan 228-i hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.

Bununla yanaşı, 27 zərbə tipli pilotsuz uçuş aparatının 18 müxtəlif məntəqədə hədəflərə çatdığı bildirilib. Həmçinin vurulan dronların qalıqlarının 12 ayrı əraziyə düşdüyü qeyd olunub.

Ukrayna rəsmilərinin sözlərinə görə, hücum hələ başa çatmayıb və ölkənin hava məkanında Rusiyaya məxsus pilotsuz uçuş aparatları qalmaqda davam edir. Buna görə də bir sıra bölgələrdə hava həyəcanı rejimi qüvvədədir.

banner

Əlaqəli Yazılar Xüsusi