Keçmiş polşalı futbolçu Radoslav Maydan Ukrayna və Türkiyə əməkdaşlığı ilə hazırlanan IRYDA+ X1 adlı pilotsuz uçuş aparatı layihəsinə investisiya yatırır.
Army.az xəbər verir ki, bu barədə MBF Group şirkəti öz rəsmi saytında məlumat yayıb.
Məlumata görə, investorun layihəyə yatıracağı vəsait 910 min ilə 1,3 milyon Polşa zlotısı (təxminən 225–320 min ABŞ dolları) arasında olacaq. Eyni zamanda Maydanın layihənin beynəlxalq əlaqələrinin genişləndirilməsində də rol oynayacağı bildirilir.
IRYDA+ X1 dronu Ukrayna və Türkiyədən olan tərəfdaşlarla birgə hazırlanır və əsasən hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. Sistem saatda 220 km sürətlə hərəkət edən obyektləri, o cümlədən Şahed dronları və Orlan-10 tipli pilotsuz aparatları tutmaq üçün hazırlanır.
Yeni dronun saatda 250–280 km sürət yığa biləcəyi və 10 saata qədər havada qalaraq uzunmüddətli patrul missiyaları icra edə biləcəyi qeyd olunur.
