Rusiya dron istehsalını kəskin artırır və müharibədə yeni mərhələyə keçir.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Rusiya aviasiya sektoru pilotsuz uçuş aparatlarına (PUA) olan böyük tələbat səbəbilə yüksəliş dövrü yaşayır:
“Sənayedə istehsal həcmi aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 117% artıb. 2025-ci il üzrə orta illik artım isə 68% səviyyəsində olub.
Bu sürətli artım Moskvanın iqtisadi və hərbi baxımdan yeni reallığa uyğunlaşdığını göstərir. Tanklar və digər klassik zirehli texnikanın istehsalı və effektivliyi artıq müəyyən həddə çatdığı üçün ucuz və kütləvi istehsal oluna bilən dron sistemləri Rusiya sənayesində ən sürətlə inkişaf edən sahələrdən birinə çevrilib.
Ukrayna hərbi kəşfiyyatının məlumatına əsasən, 2026-cı ildə Rusiya 7,3 milyon FPV dronu və müxtəlif növ pilotsuz uçuş aparatları üçün 7,8 milyon döyüş başlığı istehsal etməyi planlaşdırır”.
