Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından biri yanıb və “Neptun” raketləri ilə yeni zərbələr təsdiqlənib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, 2 iyun gecəsi İlski Neft Emalı Zavodu vurulub və ərazidə yanğın başlayıb. Bu zavod Rusiya ordusunu yanacaqla təmin edir.
Bundan əvvəl, 31 may tarixində baş verən zərbələrin nəticələri də dəqiqləşdirilib:
Novoshakhtinsk Neft Emalı Zavodu üzərinə “Neptun” qanadlı raketləri ilə zərbə endirilib və ilkin neft emalı üzrə iki qurğu (AVT-1 və AVT-2) məhv edilib.
