29
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, 1 iyun tarixində Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı məhsuldar olub.
Army.az xəbər verir ki, o, bu barədə “İzvestiya”nın müxbiri ilə söhbətində deyib.
Paşinyan bildirib:
“Rusiya prezidenti ilə danışdıq, zəng üçün təşəkkür etdim. O, ad günü münasibətilə təbrik etmək üçün zəng etmişdi. Biz işlərdən danışdıq və pozitiv bir söhbət oldu.”
