Ukrayna Prezident Ofisinin müşaviri Mixayl Podolyak Belarus prezidenti Aleksandr Lukaşenko ilə bağlı sərt açıqlama verib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun sözlərinə görə, Lukaşenko mövcud şəraitdə daha ehtiyatlı davranmalı və kəskin bəyanatlardan çəkinməlidir.
Podolyak ironik şəkildə bildirib ki, əgər Belarus lideri siyasi gələcəyini və hakimiyyətin ötürülməsi ilə bağlı planlarını qorumaq istəyirsə, bu mərhələdə susmaq onun üçün daha məqsədəuyğun olardı.
Bu açıqlama Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarus istiqamətindən mümkün təhlükələrlə bağlı son bəyanatlarından sonra səsləndirilib. Zelenski iddia edib ki, Belarus ərazisindən Ukraynanın Kiyev və Çerniqov vilayətləri istiqamətində təhdid yarana bilər və belə bir vəziyyətdə qabaqlayıcı tədbirlərin görülməsi istisna olunmur.
