İran Livanda fəaliyyət göstərən ona bağlı silahlı qrupların fəaliyyətini dərhal dayandırmalıdır.
Army.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, Tehranı “proksi qüvvələr vasitəsilə təxribatlar törətməkdə” ittiham edərək, bu fəaliyyətlərin davam edəcəyi təqdirdə ABŞ-ın sərt cavab verəcəyini bildirib.
Trampın sözlərinə görə, ötən həftə həyata keçirilən əməliyyatlardan daha güclü zərbələr endirilə bilər və İranın regional davranışı buna birbaşa təsir göstərəcək.
