Ev Hərbi TexnologiyaÇin üçün yeni siqnal? Tayvan ilk MQ-9B dronunun yığılmasına başladı

Çin üçün yeni siqnal? Tayvan ilk MQ-9B dronunun yığılmasına başladı

by Baş Redaktor
21 Baxış

Tayvan ABŞ-dən təhvil aldığı ilk MQ-9B SkyGuardian pilotsuz uçuş aparatının yığılması və sistemə inteqrasiyası prosesinə başlayıb. Bu addım platformanın yaxın gələcəkdə istismara qəbul edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Bildirilib ki, Tayvan hərbçiləri və “General Atomics Aeronautical Systems” mütəxəssislərinin birgə iştirakı ilə ilk MQ-9B platformasının montaj işləri davam etdirilir. Uçuş sınaqlarının tamamlanmasından sonra dronun rəsmi olaraq əməliyyat xidmətinə qəbul edilməsi planlaşdırılır.

Tayvan 2020-ci ildə ABŞ-nin Xarici Hərbi Satışlar proqramı çərçivəsində dörd ədəd MQ-9B “SkyGuardian” sifariş edib. Müqaviləyə əsasən, sistemlərin təhvil verilməsi 2026 və 2027-ci illərdə mərhələli şəkildə həyata keçiriləcək.

banner

Əlaqəli Yazılar Xüsusi