Honduras rəhbərliyi ölkənin təhlükəsizlik imkanlarını artırmaq məqsədilə Ukraynadan pilotsuz uçuş aparatları almağı planlaşdırır.
Army.az xəbər verir ki, bu barədə Honduras prezidentliyinə namizəd və siyasətçi Nasry Asfura açıqlama verib.
Onun sözlərinə görə, müasir dron texnologiyalarından əsasən dövlət sərhədlərinin daha effektiv mühafizəsi və narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədilə istifadə olunması nəzərdə tutulur.
Asfura bildirib ki, hökumət mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə yüksək texnologiyalara üstünlük vermək niyyətindədir. O vurğulayıb ki, pilotsuz sistemlər sərhəd nəzarətinin gücləndirilməsi və təhlükəsizlik risklərinin vaxtında aşkarlanması baxımından mühüm rol oynaya bilər.
“Söhbət sərhədlərimizin qorunması, onların daha səmərəli şəkildə nəzarətdə saxlanılması və mütəşəkkil cinayətkarlığa qarşı yüksək texnologiyaların tətbiqindən gedir”, – deyə siyasətçi qeyd edib.
