Ev Hərbi XəbərlərPutindən Avropaya mesaj: “hələ o həddə çatmayıblar”

Putindən Avropaya mesaj: “hələ o həddə çatmayıblar”

by Baş Redaktor
37 Baxış

Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin Ukrayna münaqişəsi fonunda atdığı addımlarla bağlı açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.

O bildirib ki, Avropa dövlətləri hələlik öz ərazilərindən birbaşa hücum həyata keçirmə mərhələsinə keçməyiblər və bunun mümkün nəticələrini nəzərə alırlar.

Putinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Kostyantinivka istiqamətində əməliyyatları davam etdirir və müəyyən mövqeləri “nəzarətə götürür”.

banner

Rusiya lideri həmçinin Ukrayna ərazisindən Rusiya istiqamətində həyata keçirilən pilotsuz uçuş aparatlarının hücumlarını daxili sabitliyi pozmağa yönəlmiş cəhd kimi qiymətləndirib.

O əlavə edib ki, Qərb ölkələri Ukraynaya genişmiqyaslı hərbi dəstək göstərir və bu çərçivədə pilotsuz sistemlər də daxil olmaqla müxtəlif silahlar tədarük edir.

Əlaqəli Yazılar Xüsusi