Ev Hərbi TexnologiyaABŞ-ın ən yeni sistemlərindən biri döyüşdə vuruldu?

ABŞ-ın ən yeni sistemlərindən biri döyüşdə vuruldu?

by Baş Redaktor
17 Baxış

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus ABŞ istehsalı olan BRAWLR zenit-raket kompleksinin ilk dəfə məhv edildiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, BRAWLR pilotsuz uçuş aparatları və qanadlı raketlərə qarşı mübarizə üçün nəzərdə tutulmuş ən yeni modul tipli hava hücumundan müdafiə sistemlərindən hesab olunur. Kompleks eyni vaxtda dörd fərqli raket növünü daşımaq imkanına malikdir.

Bildirilir ki, bu sistem ilk dəfə 2025-ci ilin sentyabrında ABŞ-da keçirilən sərgidə ictimaiyyətə təqdim olunub.

banner

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, əməliyyat zamanı Xarkov istiqamətində beş hərbi avtomobil, bir artilleriya qurğusu və hava hədəflərinin aşkarlanması üçün istifadə olunan radiolokasiya stansiyası da vurulub.

Əlaqəli Yazılar Xüsusi