Ev GündəmVenesuelada güclü zəlzələ: fövqəladə vəziyyət elan edildi

Venesuelada güclü zəlzələ: fövqəladə vəziyyət elan edildi

by Baş Redaktor
22 Baxış

Venesuela güclü zəlzələnin nəticələri ilə mübarizə aparır. Ölkə rəhbərliyi təbii fəlakətdən sonra fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə prezident səlahiyyətlərini icra edən Delsi Rodriqes məlumat verib.

O bildirib ki, zəlzələnin vurduğu ziyan səbəbindən Karakasdakı Mayketiya Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

İlkin məlumatlara əsasən, Venesuelanın şimal bölgəsində qeydə alınan 7,1 maqnitudalı zəlzələ bir sıra ərazilərdə ciddi dağıntılara səbəb olub. Aidiyyəti qurumlar vəziyyəti nəzarətə götürsə də, zərərin miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

banner

Əlaqəli Yazılar Xüsusi