İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənub sahillərində yerləşən obyektlərə endirdiyi hava zərbələri ilə bağlı rəsmi mövqeyini açıqlayıb və bu addımı qətiyyətlə pisləyib.
Army.az-ın məlumatına görə, nazirliyin yaydığı bəyanatda bildirilir ki, Vaşinqtonun həyata keçirdiyi hücumlar həm BMT Nizamnaməsinin müddəalarına, həm də iyunun 18-də hərbi əməliyyatların dayandırılması məqsədilə əldə olunmuş qarşılıqlı anlaşma memorandumuna ziddir.
Bəyanatda vurğulanır ki, İranın sahil müşahidə məntəqələrinin hədəfə alınması BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, eləcə də müharibənin dayandırılması ilə bağlı memorandumun birinci bəndinin açıq şəkildə pozulması kimi qiymətləndirilir.