Hörmüz boğazında qalan Cənubi Koreya ilə əlaqəli gəmilərin əksəriyyəti artıq təhlükəli zonanı tərk edib.
Army.az xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti Li Ce Myon məlumat verib.
Onun sözlərinə görə, boğazda olan 26 gəmidən yalnız ikisi hələ də ərazidə qalır, digərləri isə təhlükəsiz şəkildə marşrutlarını davam etdiriblər.
Prezident qeyd edib ki, həmin gəmilər İranın 28 fevralda Hörmüz boğazını bağlamasından sonra burada qalmışdı. Bağlanma ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başladığı gün baş vermişdi.
