ABŞ administrasiyası İranla münasibətlərdə həm sərt xəbərdarlıqlardan, həm də diplomatik addımlardan ibarət strategiya tətbiq etdiyini bəyan edib.
Army.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens məlumat verib.
Vaşinqton Tehranla münasibətlərdə “qamçı və şirniyyat” prinsipinə əsaslanan yanaşmadan istifadə edir.
Onun sözlərinə görə, son həftələr ərzində İran Hörmüz boğazında gəmilərə hücum etməyib və bu, ABŞ-ın qəti mövqeyi ilə əlaqəlidir:
“Prezident Donald Tramp İrana açıq şəkildə xəbərdarlıq edib: əgər beynəlxalq gəmiçiliyə qarşı hücumlar yenidən baş verərsə, ABŞ buna dərhal cavab verəcək. Bəzən bu məsələdə həm sərt təzyiq, həm də güzəşt elementlərindən istifadə etmək lazımdır”.
