Ev DünyaErmənistan bankları rus rublundan imtina etməyə başlayıb?

Ermənistan bankları rus rublundan imtina etməyə başlayıb?

by Baş Redaktor
112 Baxış

Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan bir sıra ölkələrdə banklar Rusiya rublu ilə nağd əməliyyatlara dair qaydaları sərtləşdirməyə başlayıblar.

Army.az xəbər verir ki, bu barədə “RBC” məlumat yayıb.

Bildirilib ki, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın bəzi maliyyə qurumları Rusiya valyutası ilə işləmə prosedurlarını yenidən nəzərdən keçirirlər.

Xüsusilə Ermənistanda bank sektorunda rubl əməliyyatları ilə bağlı nəzərəçarpacaq dəyişikliklərin baş verdiyi bildirilir. Məlumata əsasən, bəzi banklar Rusiya rublunun nağd şəkildə qəbulu və hesablara yatırılması əməliyyatlarını tamamilə dayandırıb.

banner

Bununla yanaşı, xəbərdə qeyd olunur ki, rubl ilə nağdsız köçürmələr və hesablaşmalar hələlik əvvəlki qaydada davam etdirilir və bu əməliyyatlara əlavə məhdudiyyətlər tətbiq edilməyib.

Əlaqəli Yazılar Xüsusi