Ev TexnologiyaHesabat: Almaniyanın “Skynex” sistemi Ukraynada gözləntiləri doğrultmadı

Hesabat: Almaniyanın “Skynex” sistemi Ukraynada gözləntiləri doğrultmadı

by Baş Redaktor
50 Baxış

Almaniyanın “Skynex” hava hücumundan müdafiə sistemləri Rusiyanın hava hücumunun dəf edilməsi zamanı aşağı effektivlik nümayiş etdirib.

Army.az xəbər verir ki, bu barədə Stern nəşri Ukrayna Silahlı Qüvvələrinin daxili hesabatına istinadən məlumat yayıb.

“Söhbət 2026-cı il aprelin 1-də Rusiyanın “Geran” pilotsuz uçuş aparatlarının Ukraynanın qərbində yerləşən sənaye obyektinə hücumundan gedir. Obyekt iki Skynex batareyası ilə qorunurdu. Batareyaların tərkibinə səkkiz 35 mm-lik zenit qurğusu, iki radar stansiyası və iki komanda məntəqəsi daxil idi”, – deyə qeyd edilib.

Hesabatda bildirilir ki, bir neçə dəqiqə ərzində səkkiz zenit qurğusundan üçü sıradan çıxıb. Buna hidravlik sistemdə nasazlıq, hədəfi müşayiət edən radarın sıradan çıxması və doldurma mexanizminin ilişməsi səbəb olub. Nəticədə yalnız iki qurğu hava hədəflərini sabit şəkildə izləyə bilib.

banner

Ukrayna hərbçiləri belə qənaətə gəliblər ki, Rheinmetall şirkətinin istehsal etdiyi kompleks döyüş tətbiqinə kifayət qədər hazır olmayıb və “son dərəcə etibarsız” işləyib. Hesabatda həmçinin iddia olunur ki, Skynex sisteminin real göstəriciləri istehsalçının bəyan etdiyi xüsusiyyətlərə uyğun gəlməyib.

Əlaqəli Yazılar Xüsusi