İsrail İranın danışıqlar aparan nümayəndələrinin, o cümlədən İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin sədri Bağır Qalibafın aradan götürülməsini planlaşdırıb.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib.
Nəşrin məlumatına görə, bununla əlaqədar Vaşinqton Təl-Əvivi danışıqları poza biləcək addımlardan çəkinməyə çağırıb.
Həmçinin bildirilir ki, İran İsrailin mümkün gizli əməliyyatlarından ehtiyat etdiyi üçün İslamabadda keçiriləcək danışıqlar öncəsi ABŞ-dan təhlükəsizlik zəmanəti istəyib. Tehrana qayıdarkən İranın təhlükəsizlik xidmətləri Bağır Qalibafın olduğu təyyarəyə mümkün hücum təhlükəsini aşkarlayıb. Bundan sonra təyyarə təcili eniş edib, nümayəndə heyəti isə səfərini quru nəqliyyatı ilə davam etdirib.
