Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazax dilində yaradılan bəzi yeni sözləri süni hesab edir.
Army.az xəbər verir ki, o, bu barədə “Qazax dili” beynəlxalq cəmiyyətinin V qurultayında çıxışı zamanı danışıb.
Dövlət başçısının sözlərinə görə, qazax dilində qonşu ölkələrin dilləri ilə müqayisədə alınma sözlərin sayı xeyli azdır. Buna görə də dilə süni sözlər gətirilməsinə ehtiyac yoxdur.
Tokayev, eyni zamanda, dilçilik sahəsində hamı üçün əlçatan vahid rəqəmsal sistemin yaradılmasının vacibliyini qeyd edib. O, bu məqsədlə peşəkar dilçilər, alimlər, ekspertlər və ictimaiyyət nümayəndələrinin daxil olduğu işçi qrupunun formalaşdırılmasını təklif edib.
Prezident bütün lüğətlərin, o cümlədən orfoqrafiya lüğətinin yenilənməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, qazax dilinin orfoqrafiya normaları 2027-ci ilin sonunadək sistemləşdirilməlidir.
