Ev Ölkəİtkin-şəhid Dəyanət Musayev dəfn edilib

İtkin-şəhid Dəyanət Musayev dəfn edilib

by Baş Redaktor
43 Baxış

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayev dəfn olunub.

Army.az “Report”a istinadən xəbər verir ki, onun nəşinin qalıqları Ucar rayonunun Boyat kənd qəbiristanlığında dəfn olunub.

Dəfn prosesi hərbi orkestrin müşayiəti və yaylım atəşi altında həyata keçirilib.

Qeyd edək ki, D.Musayev 1973-cü ildə Ucarın Boyat kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcərin Yanışaq kəndində itkin düşüb.

banner

Əlaqəli Yazılar Xüsusi