Ev DünyaZelenski dünyaya çağırış etdi: Sumıda vəziyyət pisdir

Zelenski dünyaya çağırış etdi: Sumıda vəziyyət pisdir

by Baş Redaktor
74 Baxış

Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi aviazərbələr nəticəsində azı 4 nəfər ölüb, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Army.az xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleh Hrihorov məlumat verib.

Onun sözlərinə görə, hücum şəhərin mərkəzi hissəsini hədəf alıb. Zərbələr nəticəsində yaşayış binası, ticarət obyektləri və ətraf infrastruktur ciddi zərər görüb. Həlak olanlar arasında 5 yaşlı uşaq və anasının da olduğu bildirilir. Yaralananlardan 13 yaşlı bir yeniyetmənin vəziyyətinin ağır olduğu qeyd edilir.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumdan sonra dağıntıların görüntülərini paylaşaraq beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri daha da gücləndirməyə çağırıb.

banner

Əlaqəli Yazılar Xüsusi