Ev ÖlkəSabah hava necə olacaq? – AÇIQLANDI

Sabah hava necə olacaq? – AÇIQLANDI

by Baş Redaktor
30 Baxış

İyulun 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Army.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-65% olacaq.

banner

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.

Əlaqəli Yazılar Xüsusi