Tehranın əsas dini komplekslərindən biri olan İmam Xomeyni Müsəllasının günbəzində qisas çağırışını simvolizə edən qırmızı bayraq qaldırılıb.
Army.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, son üç gün ərzində kompleksdə İranın ali lideri Əli Xamenei və onun ailə üzvləri ilə vida mərasimləri keçirilib. Xameneinin tabutunun Müsəllada olduğu müddətdə onu son mənzilə yola salmaq üçün milyonlarla insanın əraziyə axın etdiyi bildirilir.
Agentliyin məlumatında qeyd olunur ki, Tehranda matəm tədbirləri gün ərzində davam edib. Axşam saatlarında isə çoxsaylı insanlar əllərində İran bayraqları və ali liderin portretləri ilə şəhərin əsas meydanlarına toplaşaraq hakimiyyətə dəstəklərini nümayiş etdiriblər.
