Belarus Silahlı Qüvvələrinin Ukraynada davam edən münaqişəyə cəlb olunması nəzərdə tutulmur.
Army.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.
Lukaşenko bildirib ki, ölkə ordusunun bu müharibəyə göndərilməsi gündəmdə deyil və belə bir ssenari istisna olunur:
“Belarus üçün müharibə qəbuledilməzdir və Ukraynada davam edən döyüşlər mənfi haldır”.
Prezident ölkəsinin münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb və bəzi Qərb siyasi dairələrini qarşıdurmanı uzatmaqda maraqlı olmaqda ittiham edib.
