Ev DünyaNATO-dan mühüm xəbərdarlıq: Ukraynaya dəstək davam etməlidir

NATO-dan mühüm xəbərdarlıq: Ukraynaya dəstək davam etməlidir

by Baş Redaktor
29 Baxış

NATO-nun baş katibi Mark Rütte bildirib ki, Ukrayna cəbhədə müəyyən irəliləyiş əldə etsə də, ölkənin xüsusilə hava hücumundan müdafiə sistemləri sahəsində müttəfiqlərin dəstəyinə ehtiyacı qalmaqdadır.

Army.az xəbər verir ki, Rütte bu fikirləri Ankarada NATO Zirvə görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, Alyans ölkələri artan təhlükələr fonunda müdafiə və təhlükəsizlik xərclərini artırır:

“Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi NATO üzvlərinin üzləşdiyi əsas təhlükələrdən biridir. Ukraynanın özünü müdafiə imkanlarının qorunması üçün davamlı beynəlxalq dəstək vacibdir və xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi prioritet olaraq qalır. Ukraynaya yardımın davam etdirilməsi NATO-nun bütün üzv dövlətlərinin ortaq məsuliyyətidir”.

banner

Əlaqəli Yazılar Xüsusi