Çinin Hubey əyalətində baş verən şiddətli tufan və qasırğavari küləklər insan tələfatına səbəb olub.
Army.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, iyulun 6-da əyalətin müxtəlif şəhərlərində qeydə alınan ekstremal hava şəraiti nəticəsində azı 8 nəfər həyatını itirib, bir nəfərin isə taleyi naməlum olaraq qalır. Bəzi yaşayış məntəqələrində hava burulğanları və güclü qasırğalar ciddi dağıntılar törədib.
Hazırda fövqəladə hallar xidmətləri bölgədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Paralel olaraq, itkin düşən şəxsin tapılması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.
