Ev DünyaVuçiç: Yaxın beş ildə Aİ-yə üzvlük real görünmür

Vuçiç: Yaxın beş ildə Aİ-yə üzvlük real görünmür

by Baş Redaktor
104 Baxış

Serbiya Prezidenti Aleksandar Vuçiç hesab edir ki, Avropa İttifaqına tamhüquqlu üzvlük ölkəsinin əsas hədəflərindən biri olaraq qalır. Bununla belə, o, yaxın beş il ərzində bu məqsədin reallaşacağını gözləmədiyini bildirib.

Army.az xəbər verir ki, Vuçiç bu fikirləri Serbiyada keçirilən konfrans zamanı gürcü jurnalistlərə verdiyi açıqlamada səsləndirib.

Serbiya lideri Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Prezidenti Mixeil Kavelaşvili və parlamentin sədri Şalva Papuaşvili ilə səmimi münasibətlərinin olduğunu qeyd edib.

Onun sözlərinə görə, Belqrad və Tbilisi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır.

banner

Vuçiç bildirib ki, Şalva Papuaşvili ilə yenidən görüşməkdən məmnunluq duyub, həmçinin Gürcüstana səfəri zamanı Baş nazir İrakli Kobaxidze və Prezident Mixeil Kavelaşvili ilə keçirdiyi görüşlərdən faydalı təcrübə əldə edib. O vurğulayıb ki, Serbiya ilə Gürcüstan arasında əlaqələrin möhkəmləndirilməsi təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Qərbi Balkanlar, Cənubi Qafqaz və Avropa İttifaqına inteqrasiya etməyə çalışan digər regionlar arasında əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Əlaqəli Yazılar Xüsusi