Ev Hərbi XəbərlərRumıniyadan Ukraynaya dron tələbi: “Ərazi sularına daxil olarsa, özünü məhv etsin”

Rumıniyadan Ukraynaya dron tələbi: “Ərazi sularına daxil olarsa, özünü məhv etsin”

by Baş Redaktor
44 Baxış

Rumıniyanın müdafiə naziri Radu Miruta NATO sammiti çərçivəsində Türkiyədə keçirilən konfrans zamanı Ukraynanın müdafiə naziri Mixail Fedorova rəsmi müraciət göndərdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “Digi24” telekanalı məlumat yayıb.

Nazirin sözlərinə görə, Rumıniya tərəfi Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının proqram təminatı ilə bağlı xüsusi mexanizm təklif edib.

Sənəddə qeyd olunur ki, Ukraynaya məxsus PUA-ların hər hansı səbəbdən Rumıniyanın ərazi sularına daxil olması halında onların avtomatik şəkildə özünü məhv etməsini təmin edən sistem tətbiq edilsin:

banner

“Ukraynanın müdafiə nazirinə rəsmi müraciət edərək bildirdim ki, Rumıniya üçün ən məntiqli həll Qara dənizə buraxılan və Ukraynada istehsal edilən hər bir pilotsuz aparatın belə hallara qarşı proqramlaşdırılmasıdır. Əgər hər hansı səbəbdən Rumıniyanın ərazi sularına daxil olarsa, sistem onun avtomatik məhv edilməsini təmin etməlidir”.

Əlaqəli Yazılar Xüsusi