ABŞ administrasiyası Yaxın Şərqdə gərginliyin dərinləşməsinin qarşısını almaq üçün diplomatik təşəbbüsləri davam etdirsə də, lazım gələrsə, İrana qarşı yeni hərbi əməliyyat keçirməyə hazırdır.
Army.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələri mümkün əməliyyatlar üçün hazırlıq vəziyyətində saxlanılır. Bununla yanaşı, Vaşinqton hazırkı mərhələdə böhranın diplomatik yollarla həllinə üstünlük verir.
Bölgədə vəziyyət sürətlə dəyişir və İrana qarşı yeni zərbələrin endirilməsi ehtimalı gündəmdə qalır.
