Ev Dünyaİddia: İran Trampa sui-qəsd hazırlayır

İddia: İran Trampa sui-qəsd hazırlayır

by Baş Redaktor
61 Baxış

İsrailin İranın ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planı ilə bağlı Vaşinqtona kəşfiyyat məlumatları təqdim etdiyi iddia olunub.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, İsrail tərəfi İranın ehtimal olunan planları barədə ABŞ administrasiyasını məlumatlandırıb. Lakin bu məlumatların nə vaxt və hansı kanallar vasitəsilə ötürüldüyü açıqlanmayıb.

WSJ xatırladır ki, 2020-ci ilin yanvarında SEPAH-ın “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ əməliyyatı nəticəsində öldürülməsindən sonra İran rəsmiləri Donald Trampdan qisas alacaqlarını dəfələrlə bəyan ediblər.

banner

Əlaqəli Yazılar Xüsusi