47
ABŞ-da təbii qaz fyuçerslərinin qiyməti ticarət sessiyasında ucuzlaşıb.
Army.az xəbər verir ki, əmtəə bazarlarında Nyu-Yorkun NYMEX birjasında təbii qazın 1 milyon BTU (Britaniya istilik vahidi) üzrə fyuçersləri 0,42% azalaraq 2,9994 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Eyni zamanda, Avropada Niderlandın TTF (Title Transfer Facility) qaz platformasında meqavat-saat üzrə qiymət 1,39% artaraq 49,57 avroya yüksəlib.