Ev DünyaPakistan ABŞ və İrana çağırış etdi

Pakistan ABŞ və İrana çağırış etdi

by Baş Redaktor
95 Baxış

Pakistanın xarici işlər naziri İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında ABŞ və İran arasında artan gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, İshaq Dar tərəfləri 2026-cı ilin iyununda imzalanmış İslamabad Anlaşma Memorandumunun müddəalarına sadiq qalmağa, təmkin nümayiş etdirməyə və vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırıb.

O bildirib ki, münaqişələrin həllində dialoq və diplomatik yolların üstün tutulması regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

banner

Əlaqəli Yazılar Xüsusi