Ev Hərbi XəbərlərRusiya rəsmisi: NATO qoşunları Ukraynaya girərsə, məhv ediləcək

Rusiya rəsmisi: NATO qoşunları Ukraynaya girərsə, məhv ediləcək

by Baş Redaktor
56 Baxış

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Vladimir Cəbarov bildirib ki, Ukrayna ərazisində NATO hərbi kontingenti yerləşdirilərsə, Rusiya həmin qüvvələri hədəfə alacaq.

Army.az xəbər verir ki, bu barədə o, “Gazeta.Ru” nəşrinə müsahibəsində danışıb.

Cəbarovun sözlərinə görə, NATO qüvvələrinin Ukraynada yerləşdirilməsi halında onlar “istənilən silah növü ilə məhv ediləcəklər”.

O, həmçinin iddia edib ki, Ukrayna neytral statusa malik olmalıdır, əks halda münaqişənin başa çatmasının mümkün olmayacağını və bunun Avropa üçün ağır nəticələr doğura biləcəyini söyləyib.

banner

Əlaqəli Yazılar Xüsusi