Ev DünyaII Qaregin: İrana sülh və sabitlik arzulayıram

II Qaregin: İrana sülh və sabitlik arzulayıram

by Baş Redaktor
55 Baxış

Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin İranın mərhum ali rəhbəri Əli Xameneinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Army.az xəbər verir ki, II Qaregin dünən İrəvandakı İran səfirliyinə gedərək İranın Ermənistandakı səfiri Xəlil Şirqulami ilə görüşüb.

Görüş zamanı katolikos İran İslam Respublikasına və İran xalqına başsağlığı verib, Əli Xameneyinin xatirəsini ehtiramla yad edərək ona Allahdan rəhmət diləyib.

II Qaregin çıxışında İran xalqına sülh, təhlükəsizlik və əmin-amanlıq arzulayıb. O, həmçinin İranın yeni ali rəhbəri Müctəba Xameneyinin rəhbərliyi dövründə ölkədə sabitliyin qorunacağına ümid etdiyini bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi