Ev Hərbi XəbərlərTrampdan İrana sərt mesaj: “Hazır olsunlar”

Trampdan İrana sərt mesaj: “Hazır olsunlar”

by Baş Redaktor
34 Baxış

ABŞ Prezidenti Donald Tramp İranın Natanz nüvə obyektinə qarşı hərbi əməliyyatın keçiriləcəyini bəyan edib.

Army.az xəbər verir ki, o, bu barədə Salem Radio Network radiosuna müsahibəsində danışıb.

Tramp bildirib ki, ABŞ yaxın günlərdə İrana qarşı ciddi hava zərbələri endirməyi planlaşdırır.

“Biz bunu edəcəyik. “Kirk dağı”nı yerlə-yeksan edəcəyik. İranlılara deyin ki, hazır olsunlar”, – deyə ABŞ prezidenti vurğulayıb.

banner

Qeyd edək ki, bundan əvvəl də Trampın İrana qarşı hərbi əməliyyatların başlanması ilə bağlı ABŞ Konqresini rəsmi qaydada məlumatlandırdığı barədə xəbərlər yayılmışdı.

Əlaqəli Yazılar Xüsusi