Ukrayna hazırda ildə təxminən 10 milyon pilotsuz uçuş aparatı istehsal edir və yaxın perspektivdə bu göstəricini 20 milyona çatdırmağı planlaşdırır.
Army.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Dövlətçilik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, ölkənin illik bir milyon dron istehsalı hədəfi ilk dəfə açıqlananda bu plan həm ölkə daxilində, həm də xaricdə şübhə ilə qarşılanmışdı. Zelenski bildirib ki, hazırda istehsal həcmi 10 milyon ədədə çatıb və növbəti məqsəd bu rəqəmi ikiqat artırmaqdır.
Prezident vurğulayıb ki, layihə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və bu, Ukraynanın, eləcə də Avropa müdafiə sənayesinin imkanlarını bir daha nümayiş etdirəcək.
