ABŞ Silahlı Qüvvələri İran ərazisində yeni hərbi əməliyyatlara başlayıb.
Army.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi açıqlama yayıb.
Bildirilib ki, əməliyyatlar Şərq vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə 14:00) start götürüb və bir sıra hədəflərə ardıcıl zərbələr endirilib.CENTCOM-un “X” platformasında paylaşdığı məlumata əsasən, hücumların məqsədi Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumlarda iştirak etdiyi iddia olunan İran hərbi qüvvələrinin imkanlarını zəiflətməkdir.