Ermənistan hökuməti Ermənistanla ABŞ arasında TRIPP layihəsi (Zəngəzur dəhlizi – red.) üzrə imzalanmış Strateji Əməkdaşlıq Çərçivə Sazişinin ratifikasiyası prosesinə start verir.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
Nazirin sözlərinə görə, hökumət beynəlxalq sazişdən irəli gələn öhdəliklərin ölkə Konstitusiyasına uyğunluğunu müəyyənləşdirmək üçün sənədi Konstitusiya Məhkəməsinə təqdim edəcək.
Mirzoyan bildirib ki, məhkəmə sazişin Əsas Qanuna uyğunluğu barədə müsbət qərar qəbul edərsə, hökumətin qanunvericilik təşəbbüsü ratifikasiya üçün parlamentə göndəriləcək.
