17
ABŞ dövlət katibi Marko Rubio Filippində keçiriləcək ASEAN tədbirləri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş imkanını istisna etməyib.
Army.az xəbər verir ki, Rubio bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O, həm rusiyalı, həm də çinli həmkarları ilə mümkün görüşlər barədə suala cavabında bildirib ki, hazırda bununla bağlı konkret razılaşma yoxdur. Bununla belə, ABŞ tərəfi belə təmasların keçirilməsində maraqlıdır.