Venesuelada baş vermiş güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 5 346 nəfərə çatıb.
Army.az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges məlumat verib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 16 740 nəfər yaralanıb, 6 462 nəfər isə xilas edilib.
Hökumət indiyədək 128 324 ailəyə yardım göstərib, 17 265 nəfər evsiz qalıb.Hazırda ölkə üzrə yaradılmış 107 müvəqqəti sığınacaq mərkəzində 23 122 nəfər yerləşdirilib.
Rəsmi hesabata əsasən, zəlzələ nəticəsində 856 bina zərər görüb, 190 tikili isə tamamilə dağılıb.
