Ev DünyaLavrov və Rubio arasında görüş başlayıb

Lavrov və Rubio arasında görüş başlayıb

by Baş Redaktor
53 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada danışıqlara başlayıblar.

Army.az xəbər verir ki, bu barədə xəbər verir ki, görüş Filippin Beynəlxalq Konfrans Mərkəzində ASEAN tədbirləri çərçivəsində keçirilir.

Görüşdən əvvəl Lavrov ABŞ administrasiyasının Ukrayna münaqişəsinin nizamlanmasına dair mövqeyini Rubiodan öyrənmək niyyətində olduğunu bildirib. Rubio da ukrayna məsələsini rusiyalı həmkarı ilə müzakirə edəcəyini təsdiqləyib.

Lavrov iyulun 22-də keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Ankoricdəki sammitdən sonra verdikləri açıqlamalara toxunaraq, görüş zamanı əsas məsələlər üzrə ümumi anlaşmanın əldə olunduğunu bildirib.

banner

O qeyd edib ki, Moskva Vaşinqtonun Alyaskada irəli sürülən təkliflərdən hələ də imtina etmədiyini düşünür.

Əlaqəli Yazılar Xüsusi