Ev DünyaErmənistan Prezidenti təcili xəstəxanaya yerləşdirildi

Ermənistan Prezidenti təcili xəstəxanaya yerləşdirildi

by Baş Redaktor
45 Baxış

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətində yaranan problem səbəbindən xəstəxanaya aparıldığı bildirilir.

Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata əsasən, prezidentin vəziyyəti qəfil pisləşib və o, infarktdan əvvəlki vəziyyət diaqnozu ilə “Nairi” Tibb Mərkəzinə yerləşdirilib.

Xaçaturyan xəstəxanada zəruri tibbi müayinələrdən keçib. Müayinələrin nəticələrindən sonra onun vəziyyətinin stabilləşdiyi bildirilib və prezident evə buraxılıb.

banner

Əlaqəli Yazılar Xüsusi