İspaniya Seuta şəhərində yaşanan kütləvi miqrant axınından sonra Avropa İttifaqı və NATO müttəfiqlərinin dəstəyinə əvvəlki qədər arxalana bilməyəcəyindən narahatdır.
Army.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Seuta və Melilyaya yönələn miqrant axını Madridi hər iki muxtar şəhərin statusunu daha qəti şəkildə müdafiə etməyə məcbur edib. İspaniya hökumətində ABŞ və Avropa İttifaqı ilə Baş nazir Pedro Sançes arasında yaranmış siyasi fikir ayrılıqlarının ənənəvi müttəfiqlərin etibarlılığına təsir göstərə biləcəyi ilə bağlı narahatlıq var.
Bununla yanaşı, İspaniya Xarici İşlər Nazirliyi Seuta və Melilyanın ölkənin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Nazirlik bəyan edib ki, hər iki şəhərin İspaniyaya məxsus olması beynəlxalq hüquqla təsdiqlənir və dünya ictimaiyyəti tərəfindən tanınır.
