Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) PKK terror təşkilatının tərksilahı prosesini hüquqi çərçivəyə salmaq məqsədilə parlamentə yeni qanun layihəsi təqdim edib.
Army.az xəbər verir ki, bu barədə AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiya rəhbəri Abdullah Güler məlumat verib.
Onun sözlərinə görə, 12 maddədən ibarət qanun layihəsinə təxminən 360 deputat imza atıb. Sənədin avqustun 7-də parlamentin plenar iclasında səsverməyə çıxarılması gözlənilir.
Layihənin qəbul ediləcəyi təqdirdə PKK-nın tərksilahı prosesi ilə bağlı hüquqi mexanizmlərin formalaşdırılması nəzərdə tutulur.
