ABŞ prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində vitse-prezident Cey Di Vensi dəstəklədiyi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Army.az xəbər verir ki, bunu Tramp Ağ Evdə, Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu məsələni müzakirə etmək üçün hələ tezdir:
“Onun haqqında deyilənləri eşitmişəm. Cey Di əla iş görür, amma 2028-ci il barədə danışmaq üçün hələ kifayət qədər vaxt var”.
Qeyd edək ki, bundan əvvəl “The Washington Post” anonim mənbələrə istinadən Trampın qapalı görüşlərin birində “Sonda Cey Dini seçməliyik” ifadəsini işlətdiyini yazmışdı.
