Ev Hərbi XəbərlərXamenei qonşulara səsləndi: ABŞ bazalarını bağlayın

Xamenei qonşulara səsləndi: ABŞ bazalarını bağlayın

by Baş Redaktor
52 Baxış

İranın Ali lideri Müctəba Xamenei Tehrana qonşu dövlətlərə müraciət edərək, İranın təcavüzkar kimi qiymətləndirdiyi ölkələrə münasibətdə mövqelərini açıq şəkildə ortaya qoymağa çağırıb.

Army.az xəbər verir ki, Xamenei bu barədə “Telegram” hesabında paylaşım edib.

O qeyd edib ki, İranın 15 ölkə ilə quru və dəniz sərhədi mövcuddur və Tehran qonşuları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin qorunmasında maraqlıdır.

Ali liderin sözlərinə görə, buna baxmayaraq, bəzi qonşu ölkələr ərazilərində ABŞ-ın regiondakı mövqeyini gücləndirən hərbi və maliyyə infrastrukturlarının qurulmasına şərait yaradıb.

banner

Xamenei həmin ölkələrdən İrana qarşı hərbi əməliyyat həyata keçirən və iranlıların ölümündə məsuliyyət daşıyan dövlətlərə münasibətdə mövqelərini konkretləşdirmələrini istəyib.

Əlaqəli Yazılar Xüsusi