“Ermənistan Respublikasının sərhədlərinin konturları necədir? Ölkəmizin ərazisi nə qədərdir?”
Army.az xəbər verir ki, bu sualı Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan Dövlət-hüquqi məsələlər komissiyasının sədrliyinə namizəd Arusyak Çulakyana ünvanlayıb.
Deputat bildirib ki, 1980-ci ildə nəşr olunan Sovet Ensiklopediyasında Ermənistanın ərazisi 29 800 kvadrat kilometr göstərilib. Onun sözlərinə görə, 1979-cu il nəşrində də eyni rəqəm yer alıb.
Xaçatryan daha sonra Ermənistanın ərazisinin niyə sonrakı dövrdə 29 743 kvadrat kilometr kimi göstərilməyə başlandığını soruşub.
“29 743 kvadrat kilometr rəqəmi nə vaxt dövriyyəyə buraxılıb? Maraqlıdır, 57 kvadrat kilometr nə vaxt və necə yoxa çıxıb?” – deyə deputat bildirib.
