Belarusun tanınmış müxalif siyasətçisi, 2006-cı il prezident seçkilərində namizəd olmuş Aleksandr Milinkeviç 79 yaşında vəfat edib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Siyasətçinin ölümünü oğlu İqor Kuley avqustun 11-də açıqlayıb. Məlumata görə, Milinkeviç uzun sürən xəstəlikdən sonra ölkə xaricində dünyasını dəyişib.
Aleksandr Milinkeviç 25 iyul 1947-ci ildə Qrodnoda anadan olub. O, fizika-riyaziyyat elmləri üzrə alim olmaqla yanaşı, Belarusun demokratik müxalifətinin tanınmış simalarından biri idi.
Milinkeviç 2006-cı il prezident seçkilərində Birləşmiş Demokratik Qüvvələrin vahid namizədi kimi iştirak edib. Rəsmi nəticələrə əsasən, həmin seçkilərdə Aleksandr Lukaşenko 83 faiz səslə qalib gəlib, Milinkeviç isə 6,1 faiz nəticə ilə ikinci olub.
