ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, son yeddi gün ərzində Hörmüz boğazından gündəlik daşınan neftin orta həcmi təxminən 9 milyon barel təşkil edib.
Army.az xəbər verir ki, Rayt bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
O qeyd edib ki, ABŞ hərbçiləri ilə Fars körfəzindəki müttəfiqlərin birgə fəaliyyəti nəticəsində boğaz üzərindən neft ixracının həcmi əvvəlki dövrlə müqayisədə yüksək səviyyədə qalır.
Nazirin sözlərinə görə, regionda yaxın vaxtlarda modernləşdirilən boru kəmərləri və ixrac terminalları vasitəsilə həyata keçirilən əlavə daşımalar da nəzərə alındıqda, ümumi neft ixracının gündəlik orta göstəricisi 15 milyon barelə yüksəlib.
Rayt əlavə edib ki, həmin infrastruktur imkanları hesabına gündəlik daha 5-7 milyon barel neftin regiondan dünya bazarlarına çıxarılması mümkündür.
